Bütün xəbərlər
5 dekabr, 13:11

Təkmilləşdirilmiş fənn kurikulumlarında iqlim dəyişiklikləri və ekoloji məsələlərə xüsusi diqqət yetirilib. Məqsəd hər bir fərdin ekologiya ilə bağlı həssaslıq qazanmasını təmin etməkdir”. 

Bunu “Azərbaycan müəllimi"nə açıqlamasında Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov deyib.

O bildirib ki, bu məqsədlə aşağı siniflərdən başlayaraq tədris olunan fənlərin məzmununa bu mövzular geniş şəkildə daxil edilib:

“Həyat bilgisi fənnində 172 alt standartdan 9-u (5%), Təbiət fənnində 107 alt standartdan 9-u (8%), "Biologiya"da 325 alt standartdan 13-ü (4%), "Coğrafiya"da isə 153 alt standartdan 44-ü (29%) iqlim dəyişiklikləri və ekoloji məsələlərlə bağlıdır”.

Şöbə müdiri əlavə edib ki, tədris olunan əsas mövzular "Biologiya"da “Canlı orqanizmlər və ətraf mühit”, təbiət fənnində “Enerji, qüvvə və hərəkət” və “Ətraf mühit və biz”, "Həyat bilgisi"ndə “Canlılarda struktur və proseslər”, coğrafiyada isə “Mövqe və məkan” kimi məzmunları əhatə edir:

“Tədris zamanı insan fəaliyyətinin ətraf mühitə təsirləri, təbii ehtiyatların istifadəsi və fəlakətlərin nəticələri, enerji qənaəti və bərpa olunan enerji mənbələri, təkrar emal və israfın qarşısının alınması, qlobal istiləşmə və ekosistemlərdə qarşılıqlı təsirlər, meşələrin qırılması, növlərin nəslinin kəsilməsi, plastik tullantıların və gübrələrin ekosistemə təsiri, ekoloji maarifləndirmə və bioloji müxtəlifliyin qorunması, Azərbaycanın ekosistemləri və iqlim problemləri xüsusi vurğulanır”.

Onun sözlərinə görə, yeni tədris proqramında təbii resursların səmərəli istifadəsi və ekologiya sahəsində beynəlxalq təşəbbüslərin öyrənilməsi dəstəklənir:

“Bu mövzuların tədrisi şagirdlərdə həm lokal, həm də qlobal problemləri dəyərləndirmə bacarığı formalaşdırır. Ekoloji tarazlığın qorunması, dayanıqlı inkişaf strategiyaları və risklərin təhlili kimi məsələlər də kurikulumun əsas hissələrini təşkil edir”.

Şərhlər

Xəbər lenti

4 iyul, 11:53

Kənd məktəbinin 11 məzunu fərqlənmə attestatı aldı – Uğurun ünvanı

4 iyul, 11:52

Berkli Universitetində azərbaycanlı və amerikalı alimlərin görüşü olub

4 iyul, 11:45

Paytaxtda IX sinfi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlanıb

4 iyul, 11:18

UNEC-də "Keyfiyyətin idarə edilməsi və akkreditasiya prosesləri” mövzusunda təlim keçirilib

4 iyul, 11:16

Müdafiə Sənayesi Nazirliyi AzTU tələbələri üçün infotur təşkil edib

4 iyul, 11:10

AzMİU-da tələbə könüllülər təltif olunub

4 iyul, 10:04

UFAZ məzunu Norveçin təqaüd proqramının qalibi olub

4 iyul, 09:54

Azərbaycanlı tələbələr Çində təqaüdlə təhsil alacaqlar

4 iyul, 09:45

ADU-da “Məzun günü” keçirilib

3 iyul, 20:58

Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı olub

3 iyul, 20:00

#AzərbaycanMüəllimləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

3 iyul, 18:33

MİQ üzrə imtahanların ilk günü başa çatdı – Davamiyyət 81 faiz olub

3 iyul, 17:15

Tələbə krediti üçün bu ilin sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

3 iyul, 16:45

Azərbaycan dili imtahanının nəticələri elan olunub

3 iyul, 16:29

DİM 393 abituriyentin yazı işinə düzəliş edib: 6-sının balı endirilib

3 iyul, 16:27

Qəbul imtahanı ilə bağlı apellyasiya nəticələri açıqlanıb

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.