Bütün xəbərlər
28 fevral, 17:23

Təhsildə keyfiyyətin artırılması və tələbələrin qeyd edilən prosesdə iştirakını təmin etmək məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Keyfiyyət elçisi” adlı yeni təlimə başlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşü giriş nitqi ilə açan TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tələbələri salamlayaraq, onları müsabiqə və müsahibə prosesindən uğurla keçmələri münasibəti ilə təbrik edib. O, keyfiyyətli tədris prosesinin təşkilində tələbələrin mühüm roluna toxunaraq bildirib ki, tələbələr təkcə bilik alan tərəf deyil, eyni zamanda təhsildə keyfiyyət tələblərinin  formalaşması, tədris prosesinin təkmilləşdirilməsi və institusional mühitin müasirləşdirilməsində  fəal iştirak edən əsas maraqlı tərəflərdən biridir. Onların keyfiyyət mədəniyyətinə verdikləri töhfə və tənqidi düşünmə bacarıqları təhsil müəssisələrinin davamlı inkişafına zəmin yaradır. İdarə Heyətinin sədri əlavə edib ki, bu kimi təşəbbüslər tələbələrin akademik biliklərini real təcrübə ilə əlaqələndirmələrinə, müasir təhsil standartlarını  dərindən dərk etmələrinə və keyfiyyətin təmin olunmasında fəal mövqe sərgiləməklərinə şərait yaradır.

Təlim çərçivəsində müxtəlif universitetlərdən seçilmiş tələbələr ali təhsil müəssisələrinin qiymətləndirilməsində tətbiq edilən institusional və proqram akkreditasiya meyarları ilə  yaxından tanış olublar.

“Keyfiyyət elçisi” təlim proqramına 19 ali təhsil müəssisəsindən ümumilikdə, 707 tələbə “Ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşmasında təhsilalanların rolu” mövzusunda esse yazaraq müsabiqəyə qatılıblar. Esse müsabiqəsinin qalibi olmuş 54 tələbə 11 fevral 2025-ci il tarixində onlayn formatda təşkil edilmiş təlimə qatılıb. 26-27 fevral 2025-ci il tarixlərində təşkil edilən təlimin ikinci modulunda isə tələbələr simulyasiya görüşündə iştirak ediblər. İştirakçılar şərti təhsil müəssisəsindəki təhsil mühitini təsvir edən hekayələr əsasında təhsil müəssisələrində mövcud vəziyyəti institusional akkreditasiya qiymətləndirmə meyarlarında əks olunan indikatorlar əsasında təhlil edərək, təqdim olunan suallara əsaslandırılmış cavablar verib və əldə etdikləri nəticələri təqdim ediblər. Təqdimat mərhələsində tələbələr şərti ali təhsil müəssisəsi üzrə verilmiş konkret nümunələr əsasında qiymətləndirmə apararaq təhsil müəssisələrində keyfiyyət siyasətinin optimal təşkili üçün perspektiv fəaliyyətin konturlarını müəyyənləşdirməyə çalışıblar.

TKTA bu  təşəbbüslə tələbələrin təhsil aldıqları universitetlərində “Keyfiyyət elçisi” qismində fəaliyyət göstərərək keyfiyyətli təhsil mühitinin təşkilinə və ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiya qiymətləndirilməsini aparacaq akkreditasiya komissiyalarının tərkibində bir üzv kimi çalışaraq töhfə vermələrini hədəfləyib.

1 /2

Şərhlər

Xəbər lenti

2 mart, 23:23

Nazir Türkiyədə təhsil alan azərbaycanlı doktorantlarla görüşüb

2 mart, 17:50

Buraxılış imtahanında verilən tapşırıqların cavabları açıqlanıb

2 mart, 17:12

ADPU-da universitetlərarası çempionatın seçim turu keçirilib

2 mart, 17:07

Xankəndi, Şuşa və Xocalıda ilk dəfə buraxılış imtahanları keçirilib

2 mart, 16:12

Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ

2 mart, 16:09

7 şagird imtahandan xaric edilib

2 mart, 16:01

UNEC tələbəsi ABŞ-nin TOP 6-cı universitetinə qəbul alıb

2 mart, 16:00

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

2 mart, 15:57

Lütfi Zadə olimpiadası və fənn müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib

2 mart, 10:24

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə dair vebinar keçiriləcək

2 mart, 09:22

ADA Universitetində "Transmilli təhsil siyasəti dialoqu" forumu keçirilib

1 mart, 21:23

Bu gün "AzEdu.az" təhsil portalının 7 yaşı tamam olur

1 mart, 18:41

Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq

1 mart, 18:31

Uşaq İncəsənət Festivalı – 2025 başlayır!

1 mart, 18:10

Fariz İsmayılzadə: Peşə təhsili ölkədaxili miqrasiyanın azalmasına imkan yaradacaq

1 mart, 15:36

Azərbaycanın ilk milli xəbər agentliyinin yaranmasından 105 il ötür

1 mart, 09:54

Dünya əhalisinin 50%-i miopiyadan əziyyət çəkəcək – Araşdırma 

1 mart, 08:10

Bu imtahan hava şəraiti səbəbindən təxirə salındı

28 fevral, 22:51

90 illik təhsil yolu keçmiş məktəb yubileyini qeyd edib - FOTOLAR

28 fevral, 21:56

ETN və DİN-in İctimai Şura üzvləri arasında görüş olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.