Bütün xəbərlər
2 aprel, 12:11

Lənkəran-Astara Regional Təhsil İdarəsinin (LARTİ) tabeliyindəki dövlət məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə yerdəyişmə prosesinə qeydiyyat başlayır.

"Azərbaycan müəllimi" LARTİ-yə istinadən xəbər verir ki, müsabiqədə hazırda dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan şəxslər iştirak edə bilərlər.

Yerdəyişmə ilə bağlı müraciətlərə yaşayış yerinin yerdəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır. Qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq müsabiqədə iştirak edə bilməz.

Yerdəyişmə etmək istəyən namizədlər 01 aprel 2025-ci il tarixindən 08 aprel 2025-ci il tarixinədək qeyd edilən link (https://forms.gle/BuxRTidHraVfWphs8) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Yerdəyişmə üçün şəxsiyyət vəsiqəsinin surəti, ali və ya orta ixtisas təhsili haqqında diplomun surəti, əmək kitabçasının surəti, yerdəyişmənin səbəbini təsdiqləyəcək dövlət qurumlarından əldə edilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlərə əsasən və s.) tələb olunur. Təqdim olunmuş sənədlərə əsasən namizədlərin tələblərə uyğunluğu komissiya tərəfindən yoxlanıldıqdan sonra yerdəyişməsi məqbul hesab edilən tərbiyəçi-müəllimlər barədə məlumatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün İdarə tərəfindən aidiyyəti məktəbəqədər təhsil müəssisələrinə göndəriləcək.

Bir vakant yerə birdən çox müraciət olduqda namizədlər arasından şəhid ailəsi üzvlərinə, daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə, pedaqoji stajı daha çox olan tərbiyəçilərə, həyat yoldaşı hərbçi, Vətən müharibəsi iştirakçısı, dövlət qulluqçusu olanlara üstünlük veriləcək. 

Vakant yerlərin siyahısını təqdim edirik: https://shorturl.at/hM688

1 /1

Şərhlər

Xəbər lenti

2 iyul, 15:25

2024-2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur

2 iyul, 14:40

"Yorulsaq da, fikrimizdən dönmədik" – Maneələrə qalib gələn gənc xilasedicilər

2 iyul, 14:11

Orta ixtisas təhsilində yeni paradiqmalar

2 iyul, 13:30

Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

2 iyul, 12:38

Sabahın hava proqnozu açıqlanıb

2 iyul, 12:27

“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb

2 iyul, 12:22

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb

2 iyul, 12:17

“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib

2 iyul, 12:02

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

2 iyul, 12:02

Oksford Universitetinin azərbaycanlı müəllimi: Heç vaxt öz potensialınızı kiçiltməyin

2 iyul, 11:28

Musiqi ilə özünü ifadə edən istedad – Pianoçunun uğur yolu

2 iyul, 10:58

TİF gənc qızların təhsilə cəlbi üçün 1,2 milyon manat vəsait ayırıb

2 iyul, 10:53

Şəhid anası və şəhid həyat yoldaşı məzun oldu

2 iyul, 10:25

Qabiliyyət imtahanına qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

2 iyul, 10:16

Təkrar sertifikatlaşdırılmadan keçməyən müəllimlərlə bağlı komissiyalar yaradılıb

2 iyul, 10:13

NDU-nun 240 nəfərlik professor-müəllim və tələbə heyəti təcrübədə iştirak edəcək

2 iyul, 10:02

Nazir müavini: Azərbaycanda ali təhsilin əlçatanlığı getdikcə artır

2 iyul, 09:59

Strasburqda UFAZ-ın Rəhbər komitəsinin növbəti iclası keçirilib

2 iyul, 09:53

ADNSU-nun komandası “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in qalibi olub

2 iyul, 09:53

Yeniyetmələrin psixoloji distres səviyyəsinin ölçülməsi ilə bağlı tədqiqat aparılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.