Bütün xəbərlər
1 noyabr, 10:58

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə keçən “Maarifçi”lərlə görüşüb.

TİF-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş zamanı Elnur Nəsibov gənclərə Təhsilin İnkişafı Fondunun fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat verib, onları bu layihələrdə fəal iştirak etməyə səsləyib. E.Nəsibov tələbələri “Maarifçi” proqramında qalib gəlməri münasibətilə bir daha təbrik edib, onlara uğurlar arzu edib və sözügedən proqram çərçivəsində həyat üçün vacib təcrübə qazanacaqlarına inandığını bildirib.

“Maarifçi”lər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş, Ümumi təhsil və Maliyyə sektorlarında təcrübə keçirlər. Onlar kommunikasiya və əməkdaşlıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə Direktorların İşə Qəbulu müsabiqəsinin təşkilati işlərinə cəlb olunmaları, qeydiyyat, koordinasiya, sənədləşmə proseslərində fəal iştirak etdiklərindən bəhs ediblər. Gənclər belə bir fürsətin yaradıldığı üçün ETN və TİF-ə öz təşəkkürlərini bildirib, proqramın onların şəxsi və peşəkar inkişafında müsbət təsirini vurğulayıblar.

Qeyd edək ki, 37 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramında iştirak hüququ qazanıb. 3 ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçirlər.

Proqramın məqsədi tələbə və məzunlara nəzəri biliklərini real iş mühitində tətbiq etmək və təcrübə imkanı yaratmaq, iştirakçıların bilik və bacarıqlarını artırmaq, eləcə də gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

1 /5

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.