
26 aprel 2025-ci il tarixində Developia Engineering Academy tərəfindən Təhsilin İnkişafı Fondunun (TİF) təqaüd proqramlarında iştirak edən gənclər üçün “Proqramçının addımları” mövzusunda xüsusi təlim sessiyası təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlimin məqsədi gələcəyin mühəndislərinə proqramlaşdırma sahəsində ilkin bilikləri aşılayaraq onların peşəkar inkişafına dəstək göstərmək olub.
Sessiya çərçivəsində iştirakçılara proqramlaşdırma dillərinin əsas prinsipləri, effektiv öyrənmə strategiyalarının seçilməsi, qarşıya çıxan çətinliklərin düzgün idarə olunması və keyfiyyətli inkişaf üçün zəruri metodikalar barədə ətraflı məlumat verilib. Təlim zamanı həmçinin, proqramlaşdırma dilləri arasında seçim edərkən diqqət yetirilməli məqamlar, sürətli və dayanıqlı bilik əldə etməyə imkan verən üsullar iştirakçılarla bölüşülüb.
Təlimin əsas vurğularından biri də proqramlaşdırmaya yeni başlayan şəxslər üçün motivasiyanın qorunmasının əhəmiyyəti olub. Bu baxımdan, kitab oxuma vərdişlərinin formalaşdırılması, müntəzəm qeydlərin aparılması və inkişafyönlü mühitdə öyrənmənin rolu xüsusi qeyd edilib.
Tədbirin sonunda iştirakçılara öz potensiallarını daha dərindən dərk etmələri və proqramlaşdırma sahəsində uğurlu karyera qurmaq üçün konkret və məqsədyönlü addımlar atmaları tövsiyə olunub.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər