Bütün xəbərlər
30 oktyabr, 09:37

29 oktyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Təhsilin İnkişafı Fondunun və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri ilə görüş keçirilib.  

Fonddan “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və hər üç qurumun təmsilçiləri iştirak edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda təhsil sahəsində nəzərdə tutulan və son dövrlərdə proqrama uyğun  həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd olunub ki, Elm və Təhsil Nazirliyi ilə  birgə ölkə üzrə mərkəzləşmiş qaydada Müəllimlərin sertifikatlaşdırılması prosesi və müəllimlərin işə qəbul müsabiqəsi, həmçinin direktorların işə qəbul və digər  müsabiqələr keçirilib, məktəbəqədər təhsil müəssisələrində uşaqların qeydiyyatı elektron sistem üzərindən ölkə üzrə mərkəzləşmiş qaydada həyata keçirilib, Elm və Təhsil Nazirliyinin 12-ə yaxın elektron resursuna qoşulub. Bildirilib ki, Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə keçirilən görüşün  məqsədi hər iki qurumla əməkdaşlığı genişləndirməkdir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov təmsil etdikləri qurumlarının fəaliyyəti və əməkdaşlıq perspektivlərindən danışıblar.

Görüşdə hər iki qurumla əməkdaşlığın genişləndirilməsi, naxçıvanlı şagirdlərin olimpiada nailiyyətlərinin artırılması, ali təhsil müəssisələrində ingilis dili müəllimlərinin bilik və bacarıqlarının artırılması, IELTS imtahanının təşkili, məktəblərdə peşətəmayüllü siniflərin formalaşdırılması, peşə təhsili müəssisələrində və ümumtəhsil məktəblərində birgə monitorinqlərin təşkili, dövlət qulluqçularının peşə hazırlığının yüksəldilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonra qonaqlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış “Naxçıvan Muxtar Respublikasına İnteraktiv Təhsil Yardımı” layihəsi çərçivəsində yaradılan data mərkəzi və “Telekonfrans” otağı ilə tanış olublar.

Daha sonra Heydər Əliyev muzeyində olan qonaqlar dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlarla da tanış olublar.

1 /8

Şərhlər

Xəbər lenti

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsi tələbi var? – AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

12 sentyabr, 17:34

Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

12 sentyabr, 17:20

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya günü” keçirilib

12 sentyabr, 17:10

Yeni tədris ilində daha 16 məktəb istifadəyə veriləcək

12 sentyabr, 16:33

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb

12 sentyabr, 15:25

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib 

12 sentyabr, 15:19

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

12 sentyabr, 15:17

Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi optimallaşdırılır 

12 sentyabr, 14:56

PIRLS 2026-ya doğru: bu tədqiqatın təhsil sistemlərinə töhfələri

12 sentyabr, 14:11

Nazirin müşaviri: Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etməyib

12 sentyabr, 14:10

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.