Bütün xəbərlər
28 fevral, 18:50

“Ümumtəhsil məktəblərinin stabillik rejimindən inkişaf rejiminə keçidi: yanaşmalar, problemlər” mövzusunda VI panel müzakirə keçirilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, paytaxtdakı 276 nömrəli tam orta məktəbdə keçirilən görüş Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyası, ABŞ-nin Corc Vaşinqton Universiteti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, millət vəkili Mehriban Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti, Əməkdar müəllim Asif Cahangirov, Corc Vaşinqton Universiteti Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı, professor Maykl Foyer, Avropa Azərbaycan Məktəbinin direktoru, Qafqaz və Orta Asiya üzrə Beynəlxalq Bakalavriat məktəbləri Assosiasiyasının sədri Françesko Bankini, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin proqram direktoru Sevinc Məmmədova və məktəb direktorları iştirak ediblər.

Elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən E.Əliyev çıxış edərək ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək məqsədilə qarşıya qoyulan hədəflərdən və təhsil müəssisələrində tədrisin effektiv idarə olunmasından və beynəlxalq qiymətləndirmə tədqiqatlarından danışıb.

BŞTİ-nin müdir müavini Anar Qədiməliyev müasir təhsil sisteminin qurulması istiqamətində görülən işlərin, həmçinin təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıb.

Millət vəkili M.Vəliyeva, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti A.Cahangirov, Avropa Azərbaycan Məktəbinin direktoru F.Bankini və digər çıxış edənlər təhsilin inkişafı istiqamətində atılan addımlardan, qabaqcıl ölkələrin təhsil təcrübələrindən, ümumi təhsil sahəsində tətbiq olunan yeniliklərdən, məktəblərin stabil inkişafından və təhsil sahəsində beynəlxalq əlaqələrin daha da genişləndirilməsindən söhbət açıblar.

Görüşdə “Niyə stabillik rejimi deyil, məhz inkişaf rejimi?”, “İnkişaf rejimində fəaliyyətin üstün cəhətləri”, “Ölkənin ümumtəhsil məktəblərində inkişaf rejiminin tətbiqi təcrübəsi”, “İnkişaf rejiminin kütləvi tətbiqi üçün zəruri alətlər: məktəb fəaliyyətinin qiymətləndirilməsi üzrə meyarlar, monitorinq sistemi, mənəvi və maddi stimullaşdırma” mövzuları ətrafında panel müzakirələr aparılıb.

1 /11

Şərhlər

Xəbər lenti

2 mart, 23:23

Nazir Türkiyədə təhsil alan azərbaycanlı doktorantlarla görüşüb

2 mart, 17:50

Buraxılış imtahanında verilən tapşırıqların cavabları açıqlanıb

2 mart, 17:12

ADPU-da universitetlərarası çempionatın seçim turu keçirilib

2 mart, 17:07

Xankəndi, Şuşa və Xocalıda ilk dəfə buraxılış imtahanları keçirilib

2 mart, 16:12

Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ

2 mart, 16:09

7 şagird imtahandan xaric edilib

2 mart, 16:01

UNEC tələbəsi ABŞ-nin TOP 6-cı universitetinə qəbul alıb

2 mart, 16:00

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

2 mart, 15:57

Lütfi Zadə olimpiadası və fənn müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib

2 mart, 10:24

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə dair vebinar keçiriləcək

2 mart, 09:22

ADA Universitetində "Transmilli təhsil siyasəti dialoqu" forumu keçirilib

1 mart, 21:23

Bu gün "AzEdu.az" təhsil portalının 7 yaşı tamam olur

1 mart, 18:41

Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq

1 mart, 18:31

Uşaq İncəsənət Festivalı – 2025 başlayır!

1 mart, 18:10

Fariz İsmayılzadə: Peşə təhsili ölkədaxili miqrasiyanın azalmasına imkan yaradacaq

1 mart, 15:36

Azərbaycanın ilk milli xəbər agentliyinin yaranmasından 105 il ötür

1 mart, 09:54

Dünya əhalisinin 50%-i miopiyadan əziyyət çəkəcək – Araşdırma 

1 mart, 08:10

Bu imtahan hava şəraiti səbəbindən təxirə salındı

28 fevral, 22:51

90 illik təhsil yolu keçmiş məktəb yubileyini qeyd edib - FOTOLAR

28 fevral, 21:56

ETN və DİN-in İctimai Şura üzvləri arasında görüş olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.