Bütün xəbərlər
9 oktyabr, 16:10

Azərbaycan İqtisad Universiteti (UNEC) ilə Türkiyə Rəqabət Qurumu arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Külenin başçılıq etdiyi nümayəndə heyəti, UNEC-in rektoru professor Ədalət Muradov və universitetin müvafiq strukturlarının rəhbərləri iştirak ediblər.

Rektor professor Ədalət Muradov UNEC-ə göstərdiyi diqqətə görə Rəqabət Qurumunun rəhbərinə təşəkkürünü bildirərək, əməkdaşlığın əhəmiyyətindən söz açıb: “Keyfiyyətli təhsil qlobal əmək bazarına fokuslanmalıdırlar. Bu baxımdan Türkiyə Rəqabət Qurumu ilə imzalanacaq memorandum xüsusi əhəmiyyət kəsb edir. Tələbələrin rəqabət sahəsində biliklərinin artırılmasında, eləcə də gənc müəllimlərin təcrübələrinin genişləndirilməsində bu əməkdaşlıq mühüm rol oynayacaq. Universitet olaraq, Türkiyə Rəqabət Qurumunun ehtiyac duyduğu sahələrdə təhsil verməyi də nəzərdə tutmuşuq. Əminəm ki, əməkdaşlığımız, birgə araşdırmalarımız Azərbaycanda rəqabət sahəsinə töhfələr qazandıracaq”.

Türkiyənin Rəqabət Qurumunun rəhbəri Birol Küle qurumun təhsilə hər zaman önəm və dəstək verdiyini diqqətə çatdırıb: “Rəqabət Qurumu olaraq, Türkiyədə bir çox universitetlərlə əməkdaşlıq edirik. Azərbaycanla, xüsusilə də UNEC-lə bu istiqamətdə əməkdaşlığın qurulmasından, təhsilə verəcəyimiz dəstəkdən çox məmnunuq. Düşünürəm ki, əməkdaşlığımız iki qardaş ölkənin iqtisadiyyatına önəmli töhfələr verəcək. Biz tələbə və müəllimləri Ankarada qəbul etməyə, rəqabət sahəsi üzrə təcrübəmizi, apardığımız araşdırmalarımızı onlarla bölüşməyə tam hazırıq”, deyə qurum rəhbəri bildirib.

Çıxışlardan sonra rektor Ədalət Muradov və Rəqabət Qurumunun rəhbəri Birol Küle əməkdaşlıq memorandumunu imzalayıblar. Memorandumda qurumun mütəxəssislərinin UNEC-də tədrisə cəlb edilməsi, tələbə və müəllimlərin Ankarada Rəqabət Təşkilatında akademik bilik və təcrübə mübadiləsində iştirakı, kitabxanaların qarşılıqlı istifadəsi, dissertasiya işlərinə akademik dəstəyin göstərilməsi, qrant proqramları çərçivəsində birgə layihələrin hazırlanması və s. istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

Səfər çərçivəsində Rəqabət Qurumunun rəhbəri Birol Küle Türk Dünyası İqtisad Fakültəsinin tələbələri ilə də görüşüb. Görüşdə tələbələrə qurumun fəaliyyətindən, azad və sağlam rəqabətin təmin olunması istiqamətində görülən işlərdən, Türkiyəyə iqtisadiyyatına qazandırdığı töhfələrdən söz açıb, eləcə də tələbələri maraqlandıran sualları cavablandırıb.

1 /4

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.