
95 illik yubileyi çərçivəsində UNEC Azərbaycanda növbəti ilkə imza atıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, ölkədə ilk dəfə olaraq, UNEC-də tədqiqatçılar üçün “Web of Science” Research Assistant süni intellekt alətindən istifadə etmək imkanı yaradılıb.
“Web of Science” Research Assistant dünyanın ən etibarlı multidissiplinar istinad bazası olan “Web of Science Core Collection”dən geniş istifadə üçün mükəmməl platformadır. Bu süni intellekt aləti tədqiqatçıların sorğularını analiz edərək, onlara uyğun ədəbiyyat və resursları təqdim edir. Müraciətlər azərbaycan dilində də cavablandırılır, bu isə tələbə və müəllimlərə öz tədqiqatlarını daha rahat və sürətli şəkildə aparmalarına şərait yaradır.
Research Assistant aləti tədqiqatçıların sorğuları əsasında mövzular haqqında qısa xülasə hazırlayır, əlaqəli ədəbiyyatları təqdim edir və həmin ədəbiyyatların başqa resurslarla əlaqələrini göstərir. Əlavə olaraq, bu alət mövzunun tədqiqat dinamikasının illər üzrə vizual siyahısını təqdim edir və ən yaxşı 10 müəllif profilini müəyyənləşdirir. Bu isə tədqiqatçılara akademik və tədqiqat sahəsində daha dərindən analizlər və araşdırmalar aparmağa imkan verəcək.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər