Bütün xəbərlər
8 aprel, 10:31

Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloqlar Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə çıxış edən rektor Rüfət Əzizov geologiyanın təkcə elm sahəsi kimi deyil, həm də iqtisadi inkişafla bağlı əhəmiyyətli sahələrdən biri olduğunu deyib. O, ADNSU-nun tədqiqat universitetinə çevrilməyi hədəflədiyini vurğulayıb. Rektor universitetin geologiya sahəsində zəngin təcrübəsinin olduğunu bildirib.

SOCAR-ın vitse-prezidenti Arzu Cavadova geologiyanın ölkə və region üçün mühüm əhəmiyyətindən söz açıb. O, ənənəvi olaraq aprel ayının ilk bazar gününün Geoloqlar Günü kimi qeyd edilməsinin təsadüfi olmadığını, hər il bu vaxtlarda çöl-tədqiqat işlərinə başlanıldığını diqqətə çatdırıb.

Universitetin Geoloji kəşfiyyat fakültəsinin dekanı dosent Naməd Paşayev, Neft və Qaz İnstitutunun icraçı direktoru professor Vaqif Qurbanov, SOCAR-ın Neft-qaz yataqlarının işlənməsi şöbəsinin rəis müavini Elvin Əhmədov, professor Çingiz Xəlifəzadə çıxışlarında geologiyanın elm sahəsi kimi önəmindən danışıblar.

Tədbir Geofiziki Kəşfiyyat Cəmiyyəti (SEG) komandasının çıxışından sonra panel sessiya ilə davam edib.

Şərhlər

Xəbər lenti

16 aprel, 18:18

Baş Prokurorluqda ADA tələbələri ilə maarifləndirici görüş keçirilib 

16 aprel, 17:45

NDU-nun rektoru Elbrus İsayev əcnəbi professorlar ilə görüşüb

16 aprel, 16:41

Sınaq imtahanının nəticələri AÇIQLANDI

16 aprel, 16:34

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

16 aprel, 16:27

UNEC-də “Əmək Bazarına Hazırlıq İndeksi” pilot layihəsi təqdim olunub

16 aprel, 16:19

Dağlıq ərazilərə qar yağır, bəzi çaylardan sel keçib – Faktiki hava

16 aprel, 15:41

Kənd məktəbindən möhtəşəm nəticə: 9 şagirdi buraxılış imtahanında yüksək bal topladı 

16 aprel, 15:40

“Hər çıxışım mənim üçün bir imtahandır” – Xalq artisti Alim Qasımov

16 aprel, 15:23

AzTU tələbələri beynəlxalq müsabiqədə 3-cü yerə layiq görülüb

16 aprel, 15:16

Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi ləğv edilib

16 aprel, 15:13

Bu il ATU-nun bəzi fakültələrində Dövlət Buraxılış İmtahanları olmayacaq

16 aprel, 14:53

Bakı Avropa Liseyinin şagirdləri Qalaktik Kosmik Düşərgəsində iştirak ediblər

16 aprel, 14:50

Optimallaşdırma effektiv və dayanıqlı elmi sistem formalaşdırmağa imkan verəcək

16 aprel, 14:49

Şagirdin cibindəki dünya: Təhsil üçün fürsət, yoxsa təhlükə?

16 aprel, 14:39

NDU EURIE 2025-də təmsil olunub

16 aprel, 14:12

Elm və təhsil nazirinin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

16 aprel, 14:01

Tətbiqi elmlərə yönəlmiş layihələrin dəstəklənməsi asanlaşacaq – Deputat

16 aprel, 13:55

Məktəblilər klassik teoremin yeni isbatını veriblər

16 aprel, 13:05

Tələbələr Qərbi Azərbaycanla bağlı problemləri BMT formatında müzakirə ediblər

16 aprel, 12:26

Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçiriləcək 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.