
Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə və Nəşriyyat direktoru Məhəmmədəli Məmmədli Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı ilə 8-10 aprel 2025-ci il tarixində İstanbul şəhərində keçirilən “EURIE 2025 Ali Təhsil Sammitində” iştirak ediblər.
NDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, İstanbul Aydın Universiteti ev sahibliyində EURAS, YÖK, DEİK, Yükseköğretim Kalite Kurulu, TÜBİTAK və s. qurumların birgə əməkdaşlığı ilə keçirilən konfrans çərçivəsində Avrasiya Universitetlər Birliyinə üzv ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə EURAS forumu keçirilib.
Sammit çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə panel müzakirələri aparılıb, təhsil sərgisi təqdim olunub.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər