Bütün xəbərlər
18 aprel, 14:05

Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə ADNSU-nun rektoru dosent Rüfət Əzizov qonaqlara universitetin tədris prosesi, ixtisaslar, laboratoriyalar, elmi-tədqiqat hədəfləri, həmçinin innovasiya və rəqəmsal inkişaf sahəsindəki təşəbbüsləri barədə məlumat verib. Rəqəmsal həllərin sənayenin müxtəlif sahələrinə tətbiqinin aktuallığını qeyd edən rektor, eyni zamanda, kibertəhlükəsizlik və texnoloji layihələrinin icrasının, bu istiqamətdə əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən İRİA İdarə Heyətinin sədri Fərid Osmanov ali təhsil müəssisələri, o cümlədən ADNSU ilə əməkdaşlığın önəmini qeyd edib. O, mövcud rəqəmsal inkişaf konsepsiyası çərçivəsində mövcud layihələrin icrasında, təhsil və digər infrastruktur sahələrində birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Sonda qonaqlar ADNSU və UFAZ-ın laboratoriyaları, o cümlədən HPC və  Lazer Mərkəzi, Rəqəmsal energetika laboratoriyası və kompüter otaqları ilə tanış olaraq universitetin maddi-texniki bazasının yüksək olduğunu bildiriblər.

1 /10

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.