Bütün xəbərlər
16 aprel, 17:45

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Beynəlxalq Təlim Aylığı çərçivəsində universitetdə qonaq olan əcnəbi professor heyətini qəbul edib. 

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüşdə Türkiyə, Özbəkistan, Amerika və Yaponiyadan olan təlimçilər və universitetin rəhbər heyəti iştirak edib.

Rektor Elbrus İsayev professorların dəvəti qəbul edib Beynəlxalq Təlim Aylığı müddətində universitetdə iştirakını yüksək qiymətləndirib.  Professorlar ilə universitet əməkdaşlarının ortaq elmi-tədqiqatlarının uğurlu nəticələr qazandırdığını qeyd edib. Eyni zamanda bu əməkdaşlıqlardan gələcəkdə daha böyük layihələrin yaranacağını əlavə edib.

Bu semestr universitetdə qonaq olan əcnəbi professorlar keçirilən təlimlərdə böyük maraq və təşəbbüskar fəaliyyət olduğunu vurğulayıb. Təlimlərdə müzakirələrin yaddaqalan olduğunu və daha sıx əməkdaşlıqların qurulduğunu bildiriblər.

Qeyd edək ki, “Beynəlxalq təlim aylığı” çərçivəsində 6 fərqli ölkədən (ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Niderland və Özbəkistan) 21 təlimçi NDU-da 5 sahə (təhsil, elm, beynəlmiləlləşmə, resurslar, dayanıqlılıq) üzrə 21 mövzuda təlim keçir. Təlimlər 3 dildə (azərbaycan, türk və ingilis) aparılır. Həmçinin təlimlərdə muxtar respublikada fəaliyyət göstərən bütün qurumların nümayəndələri də ödənişsiz olaraq iştirak edə bilir. Təlimi uğurla başa vuran iştirakçılara sertifikat verilir.

1 /2

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.