Bütün xəbərlər
16 aprel, 18:18

Gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə göstərdiyi maraq nəzərə alınaraq, aprelin 12-də Baş Prokurorluğun inzibati binalar kompleksində ADA Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələri üçün “Gələcəyin hüquqşünasları ilə görüş” adlı tədbir təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə prokurorluq əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvü Vüsal İsayev də iştirak edib.

Görüş zamanı tələbələrə prokurorluq orqanlarının tarixi, qurumun inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu və töhfələri barədə ətraflı məlumat verilib.

 Həmçinin müasir Azərbaycan Prokurorluğunun formalaşması və inkişafı istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, prokurorluğun fəaliyyət istiqamətləri və struktur qurumlarından danışılıb.

Tədbir çərçivəsində tələbələr Ümummilli Liderin guşəsini və Vətən müharibəsinə həsr olunmuş qalereyanı ziyarət edib, prokurorluq əməkdaşlarının iş şəraiti, istifadə olunan informasiya texnologiyaları, istintaq otaqları, arxiv, tədris auditoriyaları, kitabxanalar, konfrans zalı, kriminalistik avadanlıq və avtomobillərlə yaxından tanış olublar.

Görüşün sonunda tələbələrdən bir çoxu gələcəkdə prokurorluq orqanlarında xidmət göstərmək istədiklərini bildiriblər.

1 /6

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.