
Bakı Avropa Liseyinin şagirdləri Türkiyədə keçirilən Qalaktik Kosmik Düşərgəsində Azərbaycanı təmsil ediblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, 18–23 mart tarixlərində Bakı Avropa Liseyinin 7r2 sinif şagirdləri Davud Rzayev, Ayan İslam, Məryəm Səməd-zadə və Məryəm Sultanova sinif rəhbərləri və STEAM müəllimləri - Yaqut Hüseynli ilə birlikdə unikal bir təcrübə yaşayıblar.
Bu səfər “Azərkosmos”un "KOSMİK Akademiyası", Space Camp Türkiyə İzmir şəhərində “Qalaktik Kosmik Düşərgə” çərçivəsində baş tutub.
Düşərgədə onları nələr gözləyirdi?
STEM, Süni İntellekt, Startap və Aerokosmik Mühəndislik üzrə peşəkar təlimlər;
NASA simulyatorları ilə kosmik tədqiqatların praktiki öyrənilməsi;
Teleskop müşahidələri: Ayın kraterləri, Yupiterin kəmərləri və Saturnun halqaları;
Mars interaktiv zonasında unikal sərgi və tədqiqat təcrübəsi və daha çox.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər