Bütün xəbərlər
16 aprel, 15:40

Məşhur muğam ustası, Xalq artisti, Dövlət Makafatı laureatı Alim Qasımov “Məktəbdə...” layihəsinin qonağı olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı İ.Əfəndiyev adına Elitar gimnaziyada keçirilib. 

Qonaq əvvəlcə gimnaziya şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxıb, təhsil ocağının “Şərəf kitabı”na ürək sözlərini yazıb.

Sevimli sənətkarı alqışlarla qarşılayan məktəblilər onunla səmimi söhbətlər edərək, şəkillər çəkdirərək akt zalına qədər müşayiət ediblər.

A.Qasımov vaxtilə oxuduğu Şamaxının Nabur kənd məktəbində ona dərs deyən müəllimlərindən, məktəb xatirələrindən, kiçik yaşlarından musiqiyə olan marağından söz açıb, muğam sənətinə gəlişi, ona bu yolda dəstək olan sənətkarlardan danışıb. Muğamın fəlsəfəsindən, onun insan həyatına, mənəvi tərbiyəsinə təsirlərindən bəhs edən sənətkar məktəblilərə dünya musiqisinin bənzərsiz nümunəsi olan Azərbaycan muğamının YUNESKO tərəfindən “Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri” siyahısına daxil edilməsindən, dövlət səviyyəsində, xüsusilə Heydər Əliyev Fondu tərəfindən muğam irsinə göstərilən diqqət və qayğıdan danışıb, şagirdləri maraqlandıran sualları cavablandırıb.  

Ustad sənətkarın sorağı ilə digər məktəblərdən təşrif buyuran gənc ifaçılar – Mətləb Əhmədzadə və Ayan Əliyeva canlı ifalar səsləndirib, ustaddan məsləhətlər alıblar. “Hər çıxışım mənim üçün bir imtahandır”, – deyən A.Qasımov gənclərə daim öz üzərlərində çalışmağı tövsiyə edib, onlara böyük səhnə uğurları arzulayıb.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

1 /17

Şərhlər

Xəbər lenti

18 aprel, 18:30

Zərif yumruqların gücü: Boksçu qızların böyük uğuru

18 aprel, 18:17

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar

18 aprel, 18:15

Repetitorsuz uğur qazananlar – Hazırlığa getmədən yüksək balı necə topladılar?

18 aprel, 18:05

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

18 aprel, 17:25

“Bu uğur mənim üçün yeni başlanğıcdır” - 300 bal toplayan Ağsu məktəblisi

18 aprel, 17:05

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub

18 aprel, 16:05

E.Aslanov: Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib 

18 aprel, 15:28

BŞTİ-də yeni kadr təyinatları olub

18 aprel, 15:15

“Clarivate”in Azərbaycan dilində vebinarları davam edir

18 aprel, 15:15

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

18 aprel, 15:05

Rəqəmlərin rəngi, notların dadı var

18 aprel, 14:44

“Mesajı oxuyanda gözlərim doldu" – 300 bal toplayan paytaxt məktəbliləri

18 aprel, 14:34

Bağçada qısaqapanma nəticəsində tüstülənmə olub

18 aprel, 14:05

ADNSU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı genişlənir

18 aprel, 14:03

Prorektor: Pedaqoji ixtisaslara qəbul planı optimallaşdırılır

18 aprel, 13:43

Qarabağ Universitetində Firuz Səxavətin konserti olub

18 aprel, 13:08

Uşaq hüquqlarına dair elektron məlumat bankı yaradılacaq

18 aprel, 12:48

Sabahın hava proqnozu açıqlanıb

18 aprel, 12:30

Elçin Yusubov: Şagirdlərimiz azad olunmuş ərazilərdə müasir məktəblərdə təhsil alırlar

18 aprel, 12:26

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.