Bütün xəbərlər
16 aprel, 13:55

Mərkəzi Aran Regional Təhsil İdarəsinin (Zərdab şəhəri Həsən bəy Zərdabi adına 1 nömrəli məktəb-lisey) və Bakı şəhəri 283 nömrəli məktəbin şagirdləri “Sabahın alimləri” müsabiqəsində birgə tədqiqatla çıxış ediblər.  

“Azərbaycan müəllimi” xəbər verir ki, şagirdlərin “Eksperimental həndəsə ilə dinamik çevrələrdə yeni münasibətlər” mövzusunda tədqiqat işi müsabiqənin gümüş medalına layiq görülüb. Layihədə məktəblilər riyaziyyat, xüsusilə həndəsə sahəsində yenilikçi yanaşma ortaya qoyublar.

Tədqiqatın məğzi və əldə olunan nəticələr

Layihənin əsas məqsədi riyaziyyatın “eksperimental həndəsə” adlı sahəsini tətbiq etməklə müxtəlif çevrələrin dinamik hərəkətlərində yeni həndəsi münasibətləri üzə çıxarmaqdır. Bu sahədə sınaqlara və praktiki müşahidələrə əsaslanaraq yeni formullar, teoremlər və əyrilər tədqiq edilir.

Zərdab şəhəri Həsən bəy Zərdabi adına 1 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Cavid Ağayev öz araşdırmasında Tusi-Kopernik teoreminin yenidən izahını və yeni isbatını təqdim edib. Bu teoremdə qısaca olaraq bildirir ki, radiusu (𝑟) r olan kiçik dairə, radiusu (2𝑟) 2r olan böyük dairənin daxili səthi boyunca sürüşmədən hərəkət etdikdə, kiçik dairənin istənilən nöqtəsi böyük dairənin diametri boyunca hərəkət edir. Nəsirəddin Tusi teoremin məzmununu hazırlasa da, onun rəsmi isbatını verməmiş, daha sonra Kopernik eyni nəticəni üç əsr sonra öz əsərində istifadə etsə də, mənbəni qeyd etməmişdir.

Layihə çərçivəsində əldə edilən yeniliklər

Tədqiqat işində Tusi-Kopernik teoreminin yeni isbatı – mövcud teoremin yeni baxımdan sübutu təklif olunub. “Yeni nəsil yüksək tərtibli əyrilər” (tədqiqat nəticəsində ortaya çıxan bəzi əyrilər) həm fizika, astronomiya, həm də biologiyada rast gəlinən 4-cü tərtibli Kassini ovalları və ekvipotensial səthlərlə oxşarlıq göstərir, lakin 6-cı tərtib xüsusiyyətə malik olması ilə fərqlənir:

Hüceyrələrin mitoz bölünməsindəki formalarla oxşarlıq – Əldə edilən 6-cı tərtibli əyrilərin bəziləri hüceyrələrin mitoz bölünməsində yaranan formalarla müqayisə edilib, bu isə riyazi modellərin biologiyada tətbiq potensialını göstərir.

Polyar koordinatlarda çiçək və qızılgül fiqurları – Tənliklər üzərində aparılan variasiyalar nəticəsində təbiətdəki bəzi çiçək və qızılgül şəkillərinə bənzəyən əyrilər yaradılıb ki, bu da eksperimental həndəsənin estetik və elmi marağını artırır.

Layihənin elmi rəhbəri, 25 ildən artıqdır ki,  riyaziyyatın tədrisi təcrübəsinə malik, iki dəfə təhsildə qrant qalibi olmuş və “Tərəqqi” medalı ilə təltif edilmiş Rauf Rəhimovdur.  O, həm Zərdabda, həm də Bakıda təhsil alan şagirdlərə eksperimental həndəsə, metodologiya və ədəbiyyat seçimi üzrə məsləhətlər verib:

“Şagirdlərimiz təkcə mövcud düsturları əzbərləmək yox, yeni şeylər kəşf etmək həvəsi ilə çalışırlar. Tusi-Kopernik teoreminin yeni isbatı da bu yanaşmanın nəticəsidir. Tusi orta əsrlərdə yaşadığı üçün o dövrün elmi metodologiyası bugünkü qədər sistemli deyildi. Müasir məktəb riyaziyyatı proqramı vasitəsilə bu teorem yenidən işlənib, həm nəzəri, həm də vizual aspektdə əsaslandırılıb. 

Rusiya Elmlər Akademiyasının şagirdlər və tələbələr üçün “Kvant” jurnalında məqalələri dərc olunan Rauf müəllim bildirir ki, artıq bu elmi yeniliklər ölkə çərçivəsində həyata keçirilməlidir. Biz bunun üçün Elm və Təhsil Nazirliyinə “Kiçik Akademiyadan Sabahın alimləri”nə adlı layihə də təqdim etmişik. Məqsədimiz “Sabahın alimləri” müsabiqəsinə region müəllimlərinin daha fəal qoşulmalarını təmin etməkdir. AMEA mexanika və riyaziyyat institutu tərəfindən dəstək məktubu da əldə etmişik. Bir sözlə, tədqiqatlarımızı davam etdiririk.

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin şagirdi Ayla Qasımova “Sabahın alimləri” layihəsində Rauf müəllimin dəstəyi ilə tədqiqat aparıb. Onun fikrincə, zərdablı komanda yoldaşı ilə elmi müzakirələr, qarşılıqlı ideya mübadiləsi aparmaq daha səmərəli nəticələrin ortaya çıxmasına şərait yaradıb.

Birgə layihə təşəbbüsü və regional əməkdaşlıq

Rauf müəllim bildirir ki, rayon və paytaxt məktəbliləri arasında belə ortaq layihələrin hazırlanması yeni nəsil tədqiqatçı gənclərin yetişməsi üçün əhəmiyyətlidir. Bu əməkdaşlıq gənclərin elmi fəaliyyətə erkən yaşlardan maraq göstərməsinə, müxtəlif bölgələrdən olan beyin mərkəzlərinin birləşməsinə, daha çox ideya mübadiləsi apararaq səmərəli nəticələr əldə etməsinə yardım edir.

Beləliklə, Zərdab və Bakı məktəblilərinin birgə ərsəyə gətirdikləri bu yenilikçi tədqiqat işi, “Sabahın alimləri”ndə gümüş medal almaqla bərabər, həm də eksperimental həndəsənin praktiki və nəzəri potensialını bir daha ortaya qoymuşdur. Bu uğur onların elmə və innovasiyaya verdikləri töhfənin növbəti mərhələsi kimi dəyərləndirilir.

1 /3

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.