Bütün xəbərlər
8 aprel, 11:24

Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gənc tədqiqatçıların və doktorantların “Elm Günü”nə həsr olunmuş böyük elmi seminarı keçirilib. 

ADNSU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, seminarda universitetin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova çıxış edərək respublikada elm sahəsində son illər qəbul edilən qərarlar və onların elmin inkişafına təsiri haqqında məlumat verib. Süni intellekt strategiyasının təsdiqi və onun əhəmiyyəti, tədqiqatçıların daha çox diqqət etmələri elmi istiqamətlərdən və mövcud problemlərdən söz açan professor Lətafət Qardaşova gələcəyin alimlərinin elmi potensialının inkişaf etdirilməsi üçün universitetdə yaradılan şəraitin qənatbəxş oldğunu bildirib. O, gəncləri bu imkandan faydalanmağa səsləyib. 

ADNSU-nun Doktorantura şöbəsinin müdiri, dosent Zülfüqar İbrahimlinin moderatorluğu ilə keçirilən seminarda doktorantlar  “Maqnit sahəsindən istifadə etməklə neft yataqlarının işlənmə səmərəliliyinin artırılması”(doktorant Elnur Əlizadə), “Desulfurization of Vacuum Gas Oil in the Presence of Ozone”(doktorant Xamis Abiyev), “Dənizdə üzən və səviyyəsi tənzimlənən külək turbin platformasının işlənməsi”(doktorant Mahmud İsmayılov), “Semantic-Based XAI: Leveraging Ontology Properties to Enhance Explainabilitiy”(doktorant Pavel Kosov), “AI and Decision- Making (Reshaping Organizational Strategies)”(Əliş Nəzərov) və “Using Zadeh`s implication for approximate reasoning”(doktorant Şamil Əhmədov) mövzuları üzrə çıxış ediblər. Məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar və müzakirələr aparılıb. Sonra dosent Zülfüqar İbrahimli doktorantların təhsil müddəti başa çatanadək müdafiə etmələri üçün daha çox çalışmalı olduqlarını və tədqiqatla bağlı problemləri həll etmək üçün müvafiq prosedurlarda şöbənin dəstək olduğunu vurğulayıb. 

Sonda Elmi işlər üzrə prorektor, prof. Lətafət Qardaşova doktorantlara elmi tədqiqatların aparılması və nəşrlərlə bağlı tövsiyələrini verib, elmi dərəcə almaq üçün Ali Attestasiya Komissiyasının elmi nəşrlərə olan tələblərini xatırladıb. O, tədqiqatla məşğul olarkən son on ilin məqalələrinə üstünlük vermək, müasir texnologiya və yanaşmalardan istifadə etmək, kompüter simulyasiyası aparmaq və yeniliklərin müasir elmin tələblərinə uyğun olmasına diqqət etməyin vacibliyini vurğulayıb. Sonda doktorantları maraqlandıran suallar cavablandırılıb.

1 /4

Şərhlər

Xəbər lenti

16 aprel, 18:18

Baş Prokurorluqda ADA tələbələri ilə maarifləndirici görüş keçirilib 

16 aprel, 17:45

NDU-nun rektoru Elbrus İsayev əcnəbi professorlar ilə görüşüb

16 aprel, 16:41

Sınaq imtahanının nəticələri AÇIQLANDI

16 aprel, 16:34

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

16 aprel, 16:27

UNEC-də “Əmək Bazarına Hazırlıq İndeksi” pilot layihəsi təqdim olunub

16 aprel, 16:19

Dağlıq ərazilərə qar yağır, bəzi çaylardan sel keçib – Faktiki hava

16 aprel, 15:41

Kənd məktəbindən möhtəşəm nəticə: 9 şagirdi buraxılış imtahanında yüksək bal topladı 

16 aprel, 15:40

“Hər çıxışım mənim üçün bir imtahandır” – Xalq artisti Alim Qasımov

16 aprel, 15:23

AzTU tələbələri beynəlxalq müsabiqədə 3-cü yerə layiq görülüb

16 aprel, 15:16

Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi ləğv edilib

16 aprel, 15:13

Bu il ATU-nun bəzi fakültələrində Dövlət Buraxılış İmtahanları olmayacaq

16 aprel, 14:53

Bakı Avropa Liseyinin şagirdləri Qalaktik Kosmik Düşərgəsində iştirak ediblər

16 aprel, 14:50

Optimallaşdırma effektiv və dayanıqlı elmi sistem formalaşdırmağa imkan verəcək

16 aprel, 14:49

Şagirdin cibindəki dünya: Təhsil üçün fürsət, yoxsa təhlükə?

16 aprel, 14:39

NDU EURIE 2025-də təmsil olunub

16 aprel, 14:12

Elm və təhsil nazirinin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

16 aprel, 14:01

Tətbiqi elmlərə yönəlmiş layihələrin dəstəklənməsi asanlaşacaq – Deputat

16 aprel, 13:55

Məktəblilər klassik teoremin yeni isbatını veriblər

16 aprel, 13:05

Tələbələr Qərbi Azərbaycanla bağlı problemləri BMT formatında müzakirə ediblər

16 aprel, 12:26

Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçiriləcək 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.