
2024-cü ildə baş tutan bütün imtahanlarda markerlər ümumilikdə 7,5 milyondan çox qiymətləndirmə həyata keçiriblər və onlara 1 milyon manatdan çox əməkhaqqı ödənilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında təqdimatla çıxış edərkən deyib.
O bildirib ki, müəllimlər qazandıqları təcrübəni məktəbdə sinifdaxili qiymətləndirmələrdə, mətn və tapşırıq tərtibetmədə, şagirdlərinin göstəricilərini araşdırıb müqayisə etmə kimi fəaliyyətlərdə tətbiq edə bilərlər. Bu fəaliyyət onların fərdi inkişaf və bacarıqlarının təkmilləşdirilməsi üçün də yaxşı bir imkandır.
A.Qasımov, həmçinin markerlərin kifayət qədər əməkhaqqı ilə təmin olunduğunu da qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər