Bütün xəbərlər
15 may, 14:26

Mayın 16-17-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk dünyası iqtisad fakültəsinin təşkilatçılığı ilə “Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçiriləcək.

UNEC-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, konfransın məqsədi Türk dünyası ölkələrinin sosial-iqtisadi inkişafında qarşılıqlı əməkdaşlığı artırmaq, yeni iqtisadi yanaşmaları və sosial innovasiyaları müzakirə etmək, eləcə də Türk dünyası arasında təcrübə mübadiləsini gücləndirməkdir.

Tədbirin açılış mərasimində UNEC-in rektoru professor Ədalət Muradov, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Bürol Akgün, Böyük Millət Məclisinin millət vəkili İlyas Topsakal, Türk Dünyası Araşdırmalar Vəqfinin (TDAV) sədri Közhan Yazgan və Özbəkistandan Curatbek Atacanov çıxış edəcəklər.

Konfransın panel iclaslarında “Türk dünyasında dayanıqlı və yaşıl iqtisadiyyatın yeni dövrü”, “İnformasiyanın idarə edilməsi və süni intellekt”, “Gənclər və iqtisadi inkişaf: yeni nəsil sahibkarliq və startaplar” mövzuları müzakirə olunacaq.

Tədbirdə müxtəlif ölkələri təmsil edən alimlər, tədqiqatçılar, biznes nümayəndələri bilik və təcrübə mübadiləsi aparacaqlar.

1 /3

Şərhlər

Xəbər lenti

21 iyun, 12:30

Sabahın hava proqnozu açıqlanıb

21 iyun, 12:26

Nazir müavini İstanbulda 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir

21 iyun, 12:19

Direktor: Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər vaxtında düzgün seçildiklərini sübut edirlər

21 iyun, 11:53

Nəzakət Mehdiyeva: Sertifikatlaşdırma uğurlu müəllimlər üçün əlavə peşəkar imkanlar yaradır

21 iyun, 11:49

Sertifikatlaşdırmaya "AzEduNet" təşkilatı tərəfindən texnoloji dəstək

21 iyun, 11:40

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 11:28

"Elsevier" və Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib

21 iyun, 11:28

Sertifikatlaşdırma qaydalarında dəyişiklik gözlənilirmi? – AÇIQLAMA

21 iyun, 11:07

Gələcəyin müəllimləri məzun oldu: ADPU-da “Məzun günü”

21 iyun, 11:05

Türkiyənin məktəblərində yenidən vahid geyim forması tətbiq olunacaq

21 iyun, 10:55

Hafiz Paşayev: ADA-da yeni ixtisaslar açılacaq, tədris binaları istifadəyə veriləcək

21 iyun, 10:46

Qırğızıstanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

21 iyun, 10:33

İmtahandan uğurla keçən 123 nəfərin təhsil xərclərini TİF qarşılayıb

21 iyun, 10:12

Nazir müavini Azərbaycan və Özbəkistanın Hökumətlərarası Komissiyasının iclasında çıxış edib

21 iyun, 09:54

Universitetlərin reytinqində Azərbaycan ən çox irəliləyən iki ölkədən biridir

21 iyun, 09:54

Təhsildə hər bir nöqsanın aradan qaldırılması zaman tələb edir – MÜSAHİBƏ

21 iyun, 09:45

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

21 iyun, 09:43

Sergey Xristolyubov: Reytinq Azərbaycanın Qafqazda ali təhsil sahəsində danılmaz liderliyini təsdiqləyir

21 iyun, 09:33

Təkrar sertifikatlaşdırmada iştirak edənlər: Çox sanballı suallar seçilmişdi

21 iyun, 09:25

Universitetlərimiz əsas indikatorlar üzrə müsbət dinamika nümayiş etdiriblər – Təhsil eksperti  

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.