
UNEC-in Təcrübənin Təşkili şöbəsi və "INNAB Business School"un birgə təşkilatçılığı ilə 29 May tarixində "Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu" keçiriləcək.
Bu barədə “Azərbaycan müəllimi”nə UNEC-dən məlumat verilib.
Bildirilib ki, bu forum təhsil, təcrübə və karyera mövzusunda dəyərli dialoqlar üçün əvəzolunmaz bir fürsət təqdim edəcək.
Forumda:
- Təhsil və iş dünyası bir araya gələcək;
- Əmək bazarının real ehtiyacları müzakirə olunacaq;
- Peşəkarlarla canlı workshoplarda biliklər paylaşılacaq;
- Gənclər üçün fürsətlər və əlaqələr yaradılacaq.
Əsas istiqamətlər:
- Universitetlərlə işəgötürənlər arasında körpü qurmaq;
- Gənclərin peşəkar inkişafına dəstək olmaq;
- Şəbəkələşmə, təcrübə və inklüziv imkanlar;
- Peşəkar mütəxəssislərin təqdimatında workshoplar.
Tədbir hibrid formatdadır - istər UNEC-də, istər dünyanın istənilən nöqtəsindən onlayn şəkildə iştirak etmək olar.
Forumda iştirak etmək arzusunda olanlar bu linkdən qeydiyyatdan keçə bilərlər.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər