Bütün xəbərlər
14 fevral, 17:15

Kitab oxumaq hər bir insanın mənəvi dünyasını zənginləşdirir, təfəkkürün inkişafına müsbət təsir göstərir. Uşaq yaşlarından başlayaraq kitabla bir bağ qurmaq yaradıcı potensialın üzə çıxmasında mühüm rol oynayır, bədii təxəyyülün formalaşmasına kömək edir, mənəvi dünya ilə körpü yaradır. Bəs cəmiyyətimizdə kitaba maraq necədir? Oxucular ehtiyac duyduqları kitabları tapa bilirlərmi? Ölkəmizdə uşaqların yaşına uyğun ədəbiyyat nümunələri lazımi qədərdirmi?

“Uşaq ədəbiyyatını yaratmaq üçün uşaq psixologiyasını bilmək vacibdir”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin sözlərinə görə, uşaqların dünyagörüşünün formalaşmasında, milli mentalitetin, mədəniyyətimizin formalaşmasında uşaq ədəbiyyatının böyük rolu var. 

AYB-nin sədr müavinin fikrincə, kənardan asan görünsə də, əslində, uşaq ədəbiyyatı nümunələrini yaratmaq çətindir və bunun üçün xüsusi istedadın olması, uşaq psixologiyasını bilmək vacibdir: “Hesab etmirəm ki, uşaq ədəbiyyatına tələbat azdır. Bu gün valideynlər övladlarına daha keyfiyyətli uşaq ədəbiyyatı nümunələri almaq istəyirlər. Kifayət qədər uşaq şairləri, yazıçılarımız var, Yazıçılar Birliyində uşaq ədəbiyyatı bölməsi də fəaliyyət göstərir. Lakin onların kitabları əvvəlki kimi geniş yayılmır. Arzulayaq ki, daha keyfiyyətli uşaq ədəbiyyatı nümunələri yazılsın”.

Rəşad Məcid əlavə olaraq bildirib ki, 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar Azərbaycan Turizm Universitetinin bir qrup tələbəsi Yazıçılar Birliyində olub. O, təxminən 30 tələbəyə özünün və digər yazıçıların kitablarını bağışlayıb: “Tələbələrə kitabın güc mənbəyi, insan həyatında oynadığı roldan bəhs etdim. Düşünürəm ki, gənclərin həyatında bu gün unudulmaz olacaq. Beynəlxalq Kitab Bağışlanma Günündə onlara verdiyim kitablar yaddaşlarında həkk olacaq”.

“Kitab oxuyan adamların sayı artarsa, kitaba münasibət də yaxşılığa doğru dəyişəcək”

Yazıçı Aqşin Yenisey hesab edir ki, müasir dünyada kitaba münasibəti mənəvi ehtiyacdan çox iqtisadi ehtiyac formalaşdırır. Rifahını kitab üzərində qurmuş cəmiyyət daha çox oxumağa maraq göstərir: “Bizdə bu iş könüllülük prinsipinə əsaslanır, çünki kitabın iqtisadi faydalılığı ya azdır, ya da heç yoxdur. Ona görə də bir çox hallarda valideynlər övladlarına uşaqlıqdan kitab oxutmağa həvəsli olmurlar. Cəmiyyətdə kitab oxuyan adamların sayı artarsa, kitaba münasibət də yaxşılığa doğru dəyişəcək”. 

Onun sözlərinə görə, kiçik yaşlarından uşağa kitabın məqsəd deyil, vasitə olduğunu hiss etdirir, ondan elm deyil, diplom tələb edirik: “Diplom bizim üçün sosial təminat vəsiqəsidir. Uşaq ədəbiyyatı intellektual həzzin formalaşdırılması üçün yazılır. Bu intellektual həzz qədim dövrlərdə uşaqların mənəviyyatını formalaşdırmaq üçün lazım idi, müasir dövrdə isə daha çox rifahını təmin etmək üçün gərəklidir. Yəni uşaqda kitab oxumaq vərdişi olmalıdır ki, biliyini çörəyə çevirə bilsin. Yazılan uşaq ədəbiyyatı da bu ehtiyacı ödəmək üçündür. Əlavə olaraq, didaktik mətnlərə olan ehtiyacı şifahi yolla da qarşılamaq mümkündür”.

Aqşin Yenisey uşaq ədəbiyyatına maraq, onların oxunub-oxunmaması məsələsində ailənin mental düşüncəsinin də mühüm rol oynadığını düşünür.

“Yazarların maraqlarının artırılması üçün təkliflər irəli sürülməlidir”

Yazıçı, jurnalist Mirmehdi Ağaoğlu da vurğulayıb ki, ədəbiyyat uşaqların tərbiyəsi, düzgün istiqamətləndirilməsi, faydalı bir insan kimi yetişməsi baxımından vacibdir:

“Onlar oxuduqları kitablar vasitəsilə kiçik yaşlarından ədəbiyyatı sevməyə başlayırlar. Azərbaycanda uşaq yazarları var, kitabları da çap olunur. Təəssüf ki, bu sahəyə nə nəşriyyatlar, nə də ayrı-ayrı qurumlar tərəfindən xüsusi bir qayğı yoxdur. Buna diqqət artırılmalıdır ki, yazarlar, xüsusilə uşaq ədəbiyyatı ilə məşğul olan qələm adamları daha keyfiyyətli, məhsuldar işlər ortaya qoysunlar. Müşahidə edirəm ki, ərsəyə gələn uşaq ədəbiyyatı nümunələri müəlliflərin daha çox şəxsi təşəbbüslərinin nəticəsi olaraq ortaya çıxır. Biz yaxşı ədəbi, məhsuldar əsərlərin ərsəyə gəlməsini istəyiriksə, dövlətin müxtəlif qurumları da bu prosesə qayğı ilə yanaşmalı, təşəbbüslər irəli sürməlidir. Bununla bağlı uşaq yazarlarına təkliflərin verildiyini, bu əsərlərin təbliğ edildiyini görmürəm. Uşaq ədəbiyyatı yazmaq üçün xüsusi bir ovqata, əhvala köklənmək lazımdır. Mən özüm uşaq hekayələri yazmıram, amma sifariş olarsa və qonorar məni qane edərsə, buna cəhd edərəm”.

Onun sözlərinə görə, nəşriyyatların fəaliyyəti, kitab çapı ilə bağlı bəzi problemlərin olduğu məlumdur: “Kitabların mərkəzdən kənar olan bölgələrə çatdırılması çox çətin başa gəlir. Hansısa ucqar kənddə yaşayan uşağın bunu əldə etməsi üçün imkanlar yaradılmalıdır. Yazarların uşaq ədəbiyyatı yaratmağa maraqlarının olması və artırılması üçün nəşriyyatlar, müəyyən qurumlar da təkliflər irəli sürməlidir”.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Ülkər Səttarova: Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.