Bütün xəbərlər
9 oktyabr, 12:43

Əminəm ki, Cəbrayıl məktəbliləri gələcəkdə buradakı müəssisələrdə mütəxəssis olaraq çalışacaqlar.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi  Vahid Hacıyev Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, oktyabrın 4-ü Cəbrayıl şəhərində tikilən 38 binada 128 mənzil təhvil verilib. Bu gün artıq akademik 
Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin açılışı olub:

"Biz Cəbrayılı bu gün artıq sıfırdan qururuq. Bu şəhər təkcə binalardan, bağçalardan, məktəblərdən ibarət deyil. Burada nəhəng infrastruktur layihələr həyata keçirilir. Cəbrayılda 5 böyük müəssisə qurulub ki, orada minlərlə insan çalışacaq. Əminəm ki, bu gün bu məktəbdə təhsil alan insanlar gələcəkdə o müəssisələrin mütəxəssisi olaraq çalışacaqlar və Cəbrayılın inkişafına dəstək verəcəklər". 

O, sonda müəllim və şagirdləri Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.