Bütün xəbərlər
8 fevral, 14:02

Fevralın 7-də Xankəndi Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərdə yerləşən Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!", “Erkən nikahın fəsadları”, “Dini radikalizmlə mübarizə”, “Tütün məmulatlarının sağlamlığa zərəri” və DİN-in Polis Akademiyasında təhsilə təşviq mövzularında keçirilən tədbirdə digər dövlət orqanlarının nümayəndələri, orta məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edən Xankəndi Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Zaur Nəsirov narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr, məhvedici təsirləri, eləcə də bu istiqamətdə ölkəmizdə aparılan qətiyyətli mübarizə tədbirlərindən danışıb, erkən nikahın səbəb olduğu problemlər, dini radikalizmin zərərli təsirləri barədə ətraflı məlumat verib. O, şagirdlərə zərərli vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub doğru yolu seçmələri, mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri üçün tövsiyələr verib. 

Polis polkovniki Zaur Nəsirov ali təhsil almaq arzusunda olan şagirdlərə Polis Akademiyasına kursant qəbulu qaydaları barədə də ətraflı məlumat verib, orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən, Akademiyada ali hüquq təhsili almağın, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüklərindən danışıb.

Daha sonra mövzularla bağlı suallar cavablandırılıb.

1 /2

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.