Bütün xəbərlər
1 oktyabr, 11:58

Sentyabrın 27-də Xankəndi şəhərində, Qarabağ Universitetində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Zəfər zəngi” adlı sənədli filmin təqdimatı olub. 

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqlər şöbəsindən “Azərbaycan müəllimi”nə verilən xəbərə görə, təqdimat şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Sonra filmin ssenari müəllifi, əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı çıxış edərək Xankəndidə qəhrəmanlarımızın şücaətini göstərən filmin nümayişinin böyük bir qürur hissi yaşatdığından danışıb:

“44 gün – 30 illik həsrətin sonu, Zəfərin başlanğıcı oldu. 44 gün xalqımız bir ürək, bir yumruq oldu. Minlərlə igidimiz öz canını sipər edərək, torpaqlarımızı azad etdi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix, ordumuzun gücü, xalqımızın birliyi ilə qazanıldı. Bu gün ayaq basdığımız torpaqlarımız, Vətənimiz azaddır. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz toxunulmazdır. Yaşasın Zəfərimiz, yaşasın Azərbaycan!”

A.Telmanqızı bildirib ki, bu filmlə biz tariximizi, qürurumuzu, zəfərimizi yad edəcəyik. Tariximizin ən şərəfli səhifələrini bir daha xatırlayacağıq: 

"Qoy bu təqdimat mərasimi şəhidlərimizin ruhuna bir dua, qazilərimizə bir təşəkkür, gənclərimizə isə bir yol xəritəsi olsun.” 

Şəhid atası, Xankəndi sakini Kamran Nəsirov oğlu Xəqaniin keçdiyi döyüş yolundan, oğlunun da canı bahasına azad etdiyi torpaqda qürurla yaşadığından danışıb. 

Xüsusi təyinatlı Aslan Şərifov isə bu gün ilk dəfə azad etdiyi Xankəndiyə ayaq basmasıdan söz açıb, o günlərlə bağlı xatirələrini bölüşüb. Bu gün həm də Xankəndi, Ağdərə və Xocalıdakı açılışları, köçü əks etdirən videoçarx da nümayiş olunub. Qeyd edək ki, təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri,  qazilər, şəhid ailələrinin üzvləri, ziyalılar, media nümayəndələri iştirak edib.

1 /16

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.