.jpg)
Zərdab rayonunda müasir təhsil infrastrukturu ilə təmin olunmuş yeni məktəb binası şagirdlərin ixtiyarına verilir.
“Azərbaycan müəllimi” “Yenilənən məktəblər” rubrikası çərçivəsində sözügedən məktəb barədə məlumatı təqdim edir.
Mikayıl Müşfiq adına Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbinin tikinti işlərinə 2023-cü ilin dekabrında başlanılıb və 2025-ci ilin sentyabr ayında başa çatdırılıb.
Tədrisin yüksək səviyyədə təşkili üçün 264 şagird yerlik məktəb binasında hər cür şərait yaradılıb. Burada 13 sinif otağı, 1 məktəbəhazırlıq otağı, 3 laboratoriya, 2 texnologiya otağı, 1 informatika otağı, hərbi hazırlıq kabineti, kitabxana, akt zalı və yeməkxana fəaliyyət göstərəcək.
Şagirdlərin idmanla məşğul olması üçün də geniş imkanlar yaradılıb. Məktəbdə 288 kvadratmetrlik əsas idman zalı, əlavə 28 kvadratmetrlik idman guşəsi və 2200 kvadratmetr sahəsi olan stadion istifadəyə verilib.
Yeni təhsil ocağı kənddə yaşayan uşaqların keyfiyyətli təhsil alması və onların istedadlarının inkişafı üçün mühüm şərait yaradacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər