Bütün xəbərlər
15 may, 14:57

Mayın 15-də Heydər Əliyev Mərkəzində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan olimpiadanın final mərhələsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib. Bu mərhələ bilik yarışı və şahmat turnirindən ibarət olmaqla komanda yarışı formatında baş tutub.

Əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Final mərhələsinin rəsmi açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev qeyd edib ki, Fondun fəaliyyətində əsas prioritet istiqamətlərdən biri təhsil sahəsidir. Fond, təhsilin inkişafı məqsədilə ölkənin bütün bölgələrində – hətta ən ucqar kəndlərində belə – yeni məktəb binalarının tikintisinə və mövcud məktəblərin əsaslı təmirinə xüsusi önəm verir. Bu layihələrin başlıca məqsədi şagirdlərimizin keyfiyyətli təhsil almasını təmin etməkdir.

Bildirilib ki, sözügedən tədbir şagirdlər arasında həm elmi biliklərin, həm də dostluq və sosial bacarıqların inkişafına yönəlib.

Çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkar olunması və inkişaf etdirilməsi məqsədilə bir çox layihələrin həyata keçirildiyini, bu olimpiadanın da həmin təşəbbüslərdən biri olduğunu deyib. Fuad Qarayev olimpiadanın təşkilində əsas məqsədin gənc nəsildə strateji düşünmə, düzgün qərarvermə və liderlik bacarıqlarını inkişaf etdirmək olduğunu bildirib.

Fuad Qarayev finalda iştirak edən şagirdlərin müxtəlif regionları təmsil etdiyini vurğulayaraq bu yarışın həm bilik, həm də zəka üzərində qurulmuş bir mübarizə olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, bu tədbir həm də milli və mənəvi dəyərlərin təşviqinə, azərbaycançılıq ideyasının möhkəmləndirilməsinə xidmət edir.

Çıxışlardan sonra yarışlara start verilib.

Final mərhələsində bilik yarışı istiqaməti üzrə Bakı şəhərinin Xəzər, Nəsimi, Yasamal, Xətai, Nərimanov rayonları, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki şəhərləri, Abşeron, İsmayıllı, Lerik, Saatlı, Bərdə, Qazax, Qusar, Zəngilan, Neftçala rayonları, şahmat turniri üzrə isə Bakı şəhərinin Xətai, Xəzər, Sabunçu, Səbail, Yasamal rayonları, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərləri, Ağcabədi, Ağsu, Beyləqan, Cəbrayıl, Göyçay, Quba, Masallı, Neftçala, Tovuz rayonlarından olan komandalar mübarizə aparıb.

Bilik yarışı üzrə finalda iştirak hüququ əldə edən komanda sayı 18, iştirakçı sayı isə 108 nəfər olub. Olimpiadanın bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar.

Şahmat turniri üzrə isə 12 müxtəlif regiondan 1 qalib komanda, Bakı şəhərindən 5 ən yaxşı komanda, Naxçıvan MR-dan 1 komanda olmaqla cəmi 90 iştirakçıdan ibarət 18 komanda final mərhələdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, yaxın günlərdə qaliblərin mükafatlandırılması həyata keçiriləcək.

Sözügedən olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkarlamaq, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.

1 /9

Şərhlər

Xəbər lenti

21 iyun, 11:53

Nəzakət Mehdiyeva: Sertifikatlaşdırma uğurlu müəllimlər üçün əlavə peşəkar imkanlar yaradır

21 iyun, 11:49

Sertifikatlaşdırmaya "AzEduNet" təşkilatı tərəfindən texnoloji dəstək

21 iyun, 11:40

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 11:28

"Elsevier" və Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib

21 iyun, 11:28

Sertifikatlaşdırma qaydalarında dəyişiklik gözlənilirmi? – AÇIQLAMA

21 iyun, 11:07

Gələcəyin müəllimləri məzun oldu: ADPU-da “Məzun günü”

21 iyun, 11:05

Türkiyənin məktəblərində yenidən vahid geyim forması tətbiq olunacaq

21 iyun, 10:55

Hafiz Paşayev: ADA-da yeni ixtisaslar açılacaq, tədris binaları istifadəyə veriləcək

21 iyun, 10:46

Qırğızıstanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

21 iyun, 10:33

İmtahandan uğurla keçən 123 nəfərin təhsil xərclərini TİF qarşılayıb

21 iyun, 10:12

Nazir müavini Azərbaycan və Özbəkistanın Hökumətlərarası Komissiyasının iclasında çıxış edib

21 iyun, 09:54

Universitetlərin reytinqində Azərbaycan ən çox irəliləyən iki ölkədən biridir

21 iyun, 09:54

Təhsildə hər bir nöqsanın aradan qaldırılması zaman tələb edir – MÜSAHİBƏ

21 iyun, 09:45

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

21 iyun, 09:43

Sergey Xristolyubov: Reytinq Azərbaycanın Qafqazda ali təhsil sahəsində danılmaz liderliyini təsdiqləyir

21 iyun, 09:33

Təkrar sertifikatlaşdırmada iştirak edənlər: Çox sanballı suallar seçilmişdi

21 iyun, 09:25

Universitetlərimiz əsas indikatorlar üzrə müsbət dinamika nümayiş etdiriblər – Təhsil eksperti  

21 iyun, 09:00

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

20 iyun, 18:15

Şəhid övladı olan müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

20 iyun, 17:33

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera Günü” keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.