Ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı artır – Məleykə Abbaszadə
Ötən illə müqayisədə bu il tələbə adını qazananların sayı 1711 nəfər daha çoxdur.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri M.Abbaszadə “Abituriyent” jurnalının 6-cı nömrəsində yer alan “Ön söz”də qeyd edib.
O əlavə edib ki, eyni zamanda dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 290 nəfər çoxdur:
“Son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir".




