Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə elmi konfrans keçirilir

2 İyun, 2026 - 13:47
Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə elmi konfrans keçirilir

Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə "Scopus"da indekslənən “3rd International Conference on Smart Environment and Green Technologies – ICSEGT 2026” beynəlxalq elmi konfransı keçirilir.

"Azərbaycan müəllimi" "Unikal"a istinadən xəbər verir ki, konfrans dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları və akademik mütəxəssisləri bir araya gətirib.

Konfransın tərəfdaşları arasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Energetika Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat  Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Neft - Kimya Prosesləri İnstitutu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu, həmçinin Kanadanın Alberta Universiteti, Polşa Elmlər Akademiyası, Şimali Kiprin Yaxın Doğu Universiteti, Rusiyanın Cənub Universiteti və s. var.

Hibrid formatda təşkil olunan tədbirdə ağıllı ətraf mühit və ekosistemlər, bərpa olunan enerji, yaşıl texnologiyalar, süni intellekt və maşın öyrənməsi, əşyaların interneti (IoT), kiber-fiziki sistemlər, davamlı inkişaf, ekoloji kimya, biotexnologiya, dəqiq kənd təsərrüfatı, davamlı memarlıq və digər aktual elmi istiqamətlər üzrə müzakirələr aparılır.

Konfransda 30-dan çox ölkədən alim və tədqiqatçı, təxminən 200-ə yaxın yerli və xarici nümayəndə iştirak edir. Tədbir çərçivəsində elmi məruzələr dinlənilir, innovativ tədqiqat nəticələri təqdim olunur, beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilir.
ICSEGT 2026 beynəlxalq elmi konfransı qlobal ekoloji çağırışlar, yaşıl texnologiyalar və dayanıqlı inkişaf sahəsində yeni yanaşmaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Qeyd edək ki, konfrans 3 iyun tarixində işini yekunlaşdıracaq.