Orta məktəblərdə süni intellekt üzrə modullar tədris olunacaq
“Sentyabrdan beşinci sinifdən başlayaraq süni intellekt üzrə modullar tədris olunacaq”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov qeyd edib:
"Bu layihə hazırda bütün ölkəni əhatə etmir və müəyyən məktəblərdə həyata keçirilir”.
İdarə rəisi qeyd edib ki, əsas məqsəd bu layihəyə 500 mindən çox şagirdi cəlb etməkdir.




