Özəl bağçaların təhsil haqqının 70 faizədək hissəsini dövlət ödəyəcək - Vəfa Yaqublu
“İyun ayında Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə məktəbəqədər təhsil sahəsində valideyn-özəl-dövlət tərəfdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi haqqında fərman imzalandı və 17 iyul tarixində Nazirlər Kabineti bu modelin qaydasını təsdiq etdi”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O bildirib ki, qaydalara əsasən, özəl müəssisənin təklif etdiyi təhsil haqqının 70 faizədək hissəsini dövlət ödəyəcək: “Amma Bakı şəhərinə münasibətdə bu, 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilədir. Bu məbləğ özəl müəssisənin təklif etdiyi xidmətin böyük bir hissəsini əhatə edir və bir çox ailələr bu təklifdən faydalanacaqlar”.




