Peşə və ali təhsil müəssisələrində tələbələrin vergi savadlılığı artırılacaq
Ülm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Tədbirlər Planına əsasən, ümumi təhsil pilləsində təlim-tədris və idarəetmə prosesinə vergi mədəniyyəti və maliyyə savadlılığının sistemli inteqrasiyası, təhsilalanlar arasında müsabiqələrin və maarifləndirici ekskursiyaların təşkili, peşə və ali təhsil müəssisələrində tələbələrin vergi savadlılığının və işə qəbul imkanlarının artırılması, həmçinin elektron maarifləndirici resursların hazırlanması və paylaşılması nəzərdə tutulur. Bu çərçivədə orta və ali təhsil müəssisələrində vergi ilə bağlı biliklərin daha interaktiv və müasir tədris metodları ilə təqdim edilməsi gözlənilir.




