Prezident Anar İsgəndərovla bağlı Sərəncam imzalayıb

9 Yanvar, 2026 - 16:17
Prezident Anar İsgəndərovla bağlı Sərəncam imzalayıb

Anar Camal oğlu İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Orden Anar İsgəndərova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə verilib.

Qeyd edək ki, tarix elmləri doktoru, professor Anar İsgəndərov hazırda Milli Məclisin Elm və Təhsil Komitəsinin sədridir.