Prezident İlham Əliyev: Müəllif və ixtiraçıların hüquqlarının etibarlı qorunması xüsusi əhəmiyyət kəsb edir
“Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib.
Dövlət başçısı bildirib ki, bu prosesdə texnoloji tərəqqinin yaratdığı imkanlardan səmərəli yararlanmaqla yanaşı, müəllif və ixtiraçıların hüquqlarının etibarlı qorunması, innovasiyaların təşviqi və cəmiyyətin maraqları arasında optimal tarazlığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, habelə süni intellektin tətbiqinin genişləndirilməsi sahəsində elmi tədqiqatların və ixtisaslı kadr potensialının gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.




