Qarabağ Universiteti müəlliminin məqaləsi Q1 kvartilli jurnalda dərc olunub
Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsi və İncəsənət fakültəsinin müəllimi, dosent, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimlinin həmmüəllifi olduğu obstruktiv yuxu apne sindromuna (OSAS) həsr olunmuş iki elmi məqaləsi yüksək nüfuza malik, Q1 kvartilli beynəlxalq elmi jurnallarda dərc olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, aimin həmmüəllifi olduğu “Hematological Biomarkers of the Obstructive Sleep Apnea Syndrome” adlı məqaləsi “Clinical Medicine” jurnalında yayımlanıb. Araşdırmada OSAS olan xəstələrdə iltihabi biomarkerlərin diaqnostik və proqnostik rolu qiymətləndirilib, xəstəliyin ağırlıq dərəcəsini müəyyənləşdirən və müalicə sonrası dəyişiklikləri izləməyə imkan verən maşın öyrənməsi modeli hazırlanıb.
R.Həşimlinin həmmüəllifi olduğu “The role of single-sited combined nasal and uvulopalatopharyngoplasty surgery in obstructive sleep apnea syndrome” adlı digər elmi məqaləsi “European Archives of Oto-Rhino-Laryngology” jurnalında dərc edilib. Tədqiqatda OSAS və burun tıxanıqlığı olan xəstələrdə kombinə olunmuş cərrahi yanaşmanın klinik effektivliyi elmi əsaslarla təhlil olunub.
Qeyd edək ki, Qarabağ Universiteti əməkdaşlarının elmi məqalələrinin nüfuzlu beynəlxalq jurnallarda dərc olunması universitetin rəqabətqabiliyyətli ali təhsil və tədqiqat mərkəzi kimi beynəlxalq nüfuzunun artmasına töhfə verir.


