Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb

18 Sentyabr, 2026 - 13:33
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb

“2026-2027-ci tədris ilində Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb”.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib.

Rektorun sözlərinə görə, beynəlmiləlləşdirmə istiqamətində əsas hədəflərdən biri həm xarici professor-müəllim heyətinin, həm də əcnəbi tələbələrin universitetə cəlb edilməsidir.

Ş.Bayramov bildirib ki, əcnəbi tələbələrin qəbulu zamanı da yüksək akademik göstəricilər prinsipi əsas götürüləcək.

“Qarabağ Universiteti yüksək akademik göstəricilərə malik tələbələrin cəmləşdiyi universitetdir. Eyni yanaşmanı əcnəbi tələbələrin cəlbində də nəzərdə tuturuq. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb”, - deyə o vurğulayıb.

Rektor onu da əlavə edib ki, qarşıdakı illərdə universitet kampusunda əcnəbi tələbə və müəllimlərin sayının artırılması Qarabağ Universitetinin beynəlxalq miqyasda tanıdılmasına da xidmət edəcək.