Qərbi Azərbaycana dair gerçəkləri daha qətiyyətlə gündəmə gətirməliyik - Şamil Ayrım

3 İyun, 2026 - 11:27
Qərbi Azərbaycana dair gerçəkləri daha qətiyyətlə gündəmə gətirməliyik - Şamil Ayrım

"Bu gün Qərbi Azərbaycan məsələsi tarix və kimlik məsələsidir".

“Azərbaycan nüəllimi" xəbər verir ki, bunu "Qərbi Azərbaycana qayıdış: Milli ideyanın yeni mərhələsi kimi" I Beynəlxalq Konfransda Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə Dostluq Qrupunun sədri Şamil Ayrım deyib. 

O qeyd edib ki, türk dünyası hər şeydən əvvəl Qərbi Azərbaycan məsələsini düzgün təqdim etməlidir: "Bu günə qədər düzgün təqdim etmişik, buna çalışırıq. Belə gedərsə, məqsədimizə çatacağıq. Bu sadəcə Azərbaycanın deyil, eyni zamanda türk dünyasının da ortaq yaddaşının parçasıdır. Qarabağ mühasibəsi türk dünyasında bir oyanışın simvolu oldu. Bu gün Türk Dövlətləri Təşkilatında həqiqətən çox önəmli işlər görülür. Universitetlərimizdə, mediamızda, beynəlxalq platformlarda bu gerçəkləri daha qətiyyətlə gündəmə gətirməliyik. İkincisi, biz bunu sadəcə həssas şüarlarla deyil, diplomatik çalışmalarla dəstəkləməliyik. Üçüncüsü, unutmamalıyıq ki, Qərbi Azərbaycana qayıdış bir qarşıdurma deyil, sülhün elementlərindən biridir".

O bildirib ki, Ermənistan xalqı, vətəndaşları bundan qorxmasınlar: "İnsanlarımızın öz evlərinə, və torpaqlarına qayıtması, onların haqqıdır. Qərbi Azərbaycandan sürgün edilən insanların hekayəsi sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq vicdanıdır. İnanırıq ki, gün gələcək Göyçədə Azərbaycan türküləri səslənəcək, sürgün edilmiş insanların uşaqları babalarının torpaqlarını ziyarət edə biləcəklər. Ədalət bəzən gecikir, amma mütləq yerini tapır".