Qərbi Azərbaycanla bağlı ensiklopediya hazırlanır

3 İyun, 2026 - 12:14
Qərbi Azərbaycanla bağlı ensiklopediya hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Qərbi Azərbaycanla bağlı ikicildlik ensiklopediya hazırlanır.

“Azərbaycan müəllimi" xəbər verir ki, bunu "Qərbi Azərbaycana qayıdış: Milli ideyanın yeni mərhələsi kimi" I Beynəlxalq Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsə Həbibbəyli deyib. 

İ.Həbibbəyli qeyd edib ki, alimlər tərəfindən bu istiqamətdə işlər davam etdirilir: "AMEA-da Qərbi Azərbaycanla bağlı ilk dissertasiya işləri tamamlanmaq üzrədir".

AMEA prezidenti vurğulayıb ki, Qərbi Azərbaycanla bağlı kitabxananın yaradılmasına xüsusi diqqət yetirilir:

"Azərbaycan Milli Elmlər Akademiyası bu istiqamətdə Qərbi Azərbaycan İcmasına dəstək göstərir".