Qumbara partlaması nəticəsində xəsarət alan məktəblinin vəziyyəti ağırdır - TƏBİB
Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə qumbaranın partlaması nəticəsində xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü məktəbli qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları qoyulub:
"Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Onların tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir".
Xatırladaq ki, evdə əl qumbarasının partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.



