Regional təhsil idarəsinin əməkdaşı vəfat edib

23 Dekabr, 2024 - 23:40
Regional təhsil idarəsinin əməkdaşı vəfat edib
Regional təhsil idarəsinin əməkdaşı vəfat edib

Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi, 20.01.1977-ci il təvəllüdlü Həsənov Nəcəf Əyyub oğlu 23.12.2024-cü il tarixdə axşam saat 19:00 radələrində Xankəndi şəhərində yaşadığı evdə vəfat edib.

Bu barədə "Azərbaycan müəllimi"nə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib.

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Tibbi-ekspertiza yekunlaşdıqdan sonra hadisənin baş vermə səbəbi ilə bağlı əlavə məlumat veriləcək.