Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
"Multidissiplinar elmi yanaşmaların tətbiqi inklüziv təhsilin yalnız pedaqoji deyil, həm də psixoloji və sosial ölçülərdə kompleks şəkildə dərk olunmasına imkan yaradır. Bu isə inklüzivliyin effektiv tətbiqi üçün nəzəri biliklə praktik mexanizmlərin inteqrasiyasını zəruri edir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Mingəçevir Dövlət Universiteti, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqlarının birgə təşkilatçılığı ilə “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” beynəlxalq konfransında səsləndirib.



