Rəşad Məcid: Nəşriyyatların artması sevindirici haldır

19 Dekabr, 2024 - 14:04
Rəşad Məcid: Nəşriyyatların artması sevindirici haldır
Rəşad Məcid: Nəşriyyatların artması sevindirici haldır

"Son illərdə kitab nəşriyyatı sahəsində inkişaf açıq-aydın duyulur. Əvvəllər məyusluqla deyirdik ki, Bakıda kitab mağazaları azdır. Amma indi hava limanına daxil olduğumuz andan kitab mağazaları ilə qarşılaşırıq".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu bu gün keçirilən ANAİB I Bakı Kitab Festivalında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O bildirib ki, nəşriyyatların artması sevindirici haldır.

"Mədəniyyət Nazirliyi də arzu edir ki, təkcə bədii kitablar deyil, başqa elm sahələrinə aid olan kitablar da nəşr olunsun. Tələbələrimiz üçün başqa dillərdə olan dərs vəsaitləri tərcümə edilsin. Nazirlik də bu sahədə dəstək göstərməyə hazırdır", - deyə o bildirib.