Rusiyada bəzi bağçalar bağlanıb, məktəblərin bəziləri distant təhsilə keçib
Rusiyanın Voronej şəhərində su kəmərində baş verən qəza səbəbindən iki rayonda yerləşən bir sıra məktəblər distant təhsil rejiminə keçib, uşaq bağçalarının fəaliyyəti isə dayandırılıb.
"Azərbaycan müəllimi" Rusiya KİV-ə istinadən xəbər verir ki, şəhər merinin sözlərinə görə, su təchizatının dayandırıldığı ərazilərdə yerləşən məktəblərdə dərslər onlayn formada təşkil olunacaq. Hazırda distant rejimə keçəcək təhsil müəssisələrinin siyahısı hazırlanır.
Məlumata əsasən, Kominternovski rayonunda baş verən boru partlayışı nəticəsində iki rayonda yaşayan sakinlərin su təminatında ciddi problemlər yaranıb. Qəza 280 çoxmənzilli bina və təxminən 3,5 min fərdi yaşayış evini əhatə edib.



