Saatlı məktəbliləri beynəlxalq turnirin qalibi oldular

16 Noyabr, 2026 - 10:01
Saatlı məktəbliləri beynəlxalq turnirin qalibi oldular

Saatlı rayonu O.Mirzəyev adına Şirinbəyli kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri beynəlxalq turnirin qalibi olublar. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Qazaxıstanın Atırau şəhərində cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə Mustafa Məmmədli 66 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək yarışın qızıl  medalını qazanıb. Həmçinin Yusif Tursunov 60 kq çəki dərəcəsində bürünc medal əldə edib. Onların məşqçi-müəllimi İsmayıl Mehraliyevdir.

Qeyd edək ki, hər iki məktəbli Saatlı rayonu O.Mirzəyev adına Şirinbəyli kənd tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdidir. Onlar bundan əvvəl də bir neçə beynəlxalq turnirdə fərqləniblər.