Şagird yerdəyişməsi sistemi ilə bağlı AÇIQLAMA
MÜTDA şagird yerdəyişməsi sistemindəki vəziyyətə aydınlıq gətirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektronun müdiri Zenfira Sevdimalıyeva bildirib ki, eyni anda çoxsaylı müraciətlərin daxil olması səbəbilə portala girişdə qısamüddətli yüklənmə müşahidə olunub:
“Texniki heyət tərəfindən müdaxilə edilib və sistemin sabit, fasiləsiz fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görülüb.
Hazırda sistem aktivdir. Qeyd edim ki, sistemin açıldığı ilk 10 dəqiqədə artıq 3000-ə yaxın müraciət qeydə alınıb”.




