Şagirdlər evdən gətirdikləri qidadan zəhərləniblər
Ötən gün Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır
Əldə etdiyimiz məlumata görə, şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən edilib.
Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər.




