Sahib Məmmədov: Yollayışların verilməsi prosesi tam rəqəmsallaşdırılıb

2 Dekabr, 2025 - 11:21
Sahib Məmmədov: Yollayışların verilməsi prosesi tam rəqəmsallaşdırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, yaradıcı insanların sosial vəziyyətinə diqqətin artırılması istiqamətində sistemli və davamlı tədbirlər həyata keçirir.

"Azərbaycan müəllimi"xəbər verir ki, bu barədə  AHİK-in sədri Sahib Məmmədov “Həmkarlarla 120 il” adlı yubiley tədbirində deyib.

Sədr qeyd edib ki, yollayışların verilməsi prosesi AHİK-in elektron rezervasiya platforması vasitəsilə tam rəqəmsallaşdırılıb: "Artıq işçilər müalicə və istirahət mərkəzlərinə yollayışları sürətli, şəffaf və insan təması olmadan əldə edə bilirlər. İşçilər 2025-ci ilin ilk 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çox yollayışla təmin olunublar. Üzv təşkilatlarımız da bu prosesdən kənarda qalmayıb, öz fəaliyyətlərini yeniləyərək çevik və funksional idarəetmə modelinə keçiblər".