Səfir Leyla Abdullayeva Parisdə azərbaycanlı müəllimlərlə görüşüb
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə səfərdə olan bir qrup azərbaycanlı müəllimlə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə səfir "X" platformasındakı sosial media hesabında paylaşım edib.
Leyla Abdullayeva görüşdən məmnunluğunu ifadə edərək müəllimlərin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rol oynadıqlarını vurğulayıb:
“Parisdə səfərdə olan bir qrup azərbaycanlı müəllimlə çox xoş görüşümüz oldu. Zəkası, zəhmətkeşliyi və hazırcavablığı ilə seçilən, cəmiyyətimizin inkişafında və parlaq gələcək nəslin yetişdirilməsində birbaşa rol oynayan dəyərli müəllimlərimizə gələcək fəaliyyətlərində uğurlar arzulayıram”, – deyə səfir paylaşımında bildirib.




