Şəmkirdə təmirə ehtiyacı olan məktəbdənkənar müəssisə ilə bağlı AÇIQLAMA

15 Yanvar, 2025 - 13:10

Qazax-Tovuz Regional Təhsil İdarəsi təmirsiz vəziyyətdə olan Şəmkir rayon Uşaq-gənclər idman-şahmat məktəbinin Kür qəsəbəsində yerləşən köməkçi binası ilə bağlı məlumat yayıb.

"Azərbaycan müəllimi"nə bildirilib ki, regional təhsil idarəsinin əməkdaşları tərəfindən təhsil müəssisəsinə baxış keçirilib və məktəbin maddi-texniki bazasının möhkəmkəndirilməsi istiqamətində qiymətləndirmələr aparılır.

Qeyd edilib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir:

"Qazax-Tovuz Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri olunması əsas prioritetlərimizdəndir. Son iki ildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 70-dən çox məktəbdə cari, 4-də əsaslı təmir işləri aparılıb, 4 məktəb binası sökülərək yenidən tikilib".