Şimal bölgəsinin 40 şagirdi RFO-nun finalında yarışacaq
Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində uğur qazanmış şagirdlərin nəticələri elan olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Quba-Xaçmaz regionu üzrə 40 şagird olimpiadanın final mərhələsində iştirak hüququ qazanıb. Onlardan 15-i Xaçmaz, 11-i Şabran, 9-u Quba, 4-ü Qusar, 1-i isə Siyəzən rayon orta ümumtəhsil məktəblərinin şagirdləridir.
Şagirdlərin 18-i coğrafiya, 10-u Azərbaycan dili, 4-ü riyaziyyat, 3-ü biologiya, 2-si tarix, 2-si fizika, 1-i isə informatika fənni üzrə finalda yarışacaq.



